
TƏşkilatın rəsmi saytı
Özündən başla,
Bu gün könüllü ol
"BDU könüllüləri" — Bakı Dövlət Universitetinin rəsmi tələbə könüllülük təşkilatı.
Haqqımızda
"BDU könüllüləri" təşkilatı 2019-cu ildən fəaliyyət göstərir və hazırda 2300-ə yaxın könüllü tələbəni birləşdirir. Təşkilat tələbələrin bilik və bacarıqlarının inkişafına, sosial məsuliyyətlərinin artırılmasına və universitetin ictimai həyatında fəal iştirakına şərait yaradır.
2020-ci ildən etibarən təşkilat tərəfindən sosial layihələr, maarifləndirici proqramlar, mədəni-kütləvi tədbirlər və humanitar aksiyalar həyata keçirilir. Hazırda 100-dən çox könüllü BDU-nun müxtəlif struktur bölmələrində ən azı 3 ay müddətində fəaliyyət göstərir.
"BDU könüllüləri" respublika və beynəlxalq səviyyəli tədbirlərdə də fəal iştirak edir. Buna nümunə olaraq Laçın-Xankəndi yolunda keçirilən ekoloji aksiyada 450-dən çox BDU könüllüsünün iştirakını göstərmək olar. Təşkilat digər könüllü qurumlarla əməkdaşlığın inkişafına və beynəlxalq təcrübənin öyrənilməsinə də xüsusi diqqət yetirir.
27 oktyabr 2023-cü il tarixində BDU Elmi Şurasının qərarı ilə "BDU könüllüləri" təşkilatına rəsmi status verilmişdir.
