05Tələbələrin yaradıcılıq və intellektual bacarıqlarının inkişafına dəstək olmaq üçün təşkilatın nəzdində müxtəlif klublar fəaliyyət göstərir. Onlardan ən fəalı "KönüllüBand" musiqi klubudur. Klubun təşkil etdiyi konsert proqramları tələbələrin musiqi sahəsindəki bacarıqlarını üzə çıxarmaqla yanaşı, səhnə mədəniyyətini və komanda yaradıcılığını inkişaf etdirir. "Qardaşlıq" konserti, inklüziv fərdlərə həsr olunmuş "Fərqli fərdlər" layihəsi və müxtəlif əlamətdar günlərə həsr olunan musiqi çıxışları bu fəaliyyətlərin ən yaddaqalan nümunələrindəndir.